"Səbail"in baş məşqçisi Şahin Diniyev Sportal.az saytına açıqlama verib. O, komandanın yeni transferləri Matiya Lyuyiç və İlkin Muradov haqda danışıb.
Diniyev hər iki futbolçunun komandaya xeyir verəcəyinə inandığını dilə gətirib:
"Hər ikisi yarımmüdafiənin mərkəzində oynayan futbolçulardır. Qarşıda çox oyunumuz var. Həm çempionat, həm də kubok görüşlərini nəzərə alsaq, oyunumuz az deyil. Heyətdə rəqabət yaranması üçün futbolçulara ehtiyacımız var. Həm Lyuyiç, həm də İlkin özünü təsdiqləmiş futbolçulardır. Onların gəlişi ilə rəqabət olacaq. Əsas heyətə düşmək üçün mübarizə aparacaqlar. Hər ikisinin “Səbail”ə xeyir verəcəyini ümid edirik".
Mirbağırağa
saytlarin hazirlanmasi