“Mahir Emreliyə “Konyaspor”da uğurlar arzulayıram. İnanıram ki, o, özünü orada göstərəcək”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Marko Şarliya deyib.
“Dinamo”nun ikinci komandasında qapıçı məşqçisi kimi fəaliyyət göstərən Şarliya millimizin hücumçusunun Türkiyə klubuna keçidini şərh edib. Beş ildən çox “Bakı”nın qapısını qorumuş Marko Emreliye inandığını dilə gətirib:
"Emrelinin yaxşı futbolçu olduğu fikrindən heç vaxt yayınmamışam. O, çox yaxşı hücumçudur. “Dinamo”nun heyətində meydana çıxdığı görüşlərdə də bunu göstərib. İndi belə alındı, “Konyaspor”a icarəyə yollandı. Əminəm ki, bu klubda işləri yaxşı gedəcək və orada özünü göstərəcək".