"Rəhbərlik mövsümün sonuna qədər əvəzedici heyətə mənim başçılıq etməyimi təklif etdi. Mən də bunu müsbət qarşıladım və qəbul etdim".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə-2"yə baş məşqçi təyin olunmuş Zaur Həşimov bildirib.
Həşimov eyni zamanda futbol akademiyasına rəhbərlik edir. O, bu vəzifəsindən ayrılmayacağını söyləyib: "Bəli, paralel olaraq akademiya rəhbəri kimi işimə davam edəcəm".
Gənc mütəxəssisin "Zirə"nin əsas komandasını çalışdırdıqdan sonra əvəzedici heyətə rəhbərlik etməyinizi birmənalı qarşılamayanlar oldu. Bu barədə fikriniz necədir?" sualına cavabı belə oldu: "Futbolda belə hallar baş verir. Amma mən doğru addım atdığımı düşünürəm".
Sonda isə o, "Zirə-2"dəki məqsədlərindən söz açıb: "Qarşıma hər hansısa şərt qoyulmayıb. Məqsədimiz istedadlı futbolçuların potensialını açmaq, onların inkişafına töhfə verməkdir. Təklifi qəbul etməyimin əsas səbəbi demək olar ki, bu oldu".
Mirbağırağa