"Mahir "Dinamo"da az-az oynayırdı. Hər halda, o, "Konyaspor"a keçidinin daha doğru olduğuna qərar verdi. Bizə də, ona ancaq uğurlar arzulamaq qalır".
Bu sözləri Sportal.az saytına açıqlamasında Tomislav Vişeviç deyib.
Azərbaycanda “Neftçi” və “Olimpik”(Bakı) klublarında oynamış xorvatiyalı Mahir Emrelinin "Dinamo"dan ayrılaraq "Konyaspor"a icarəyə yollanmasını şərh edib. Hazırda məşqçi kimi fəaliyyət göstərən Vişeviç Emrelinin Zaqreb klubundakı şanslarını dəyərləndirib:
"Türkiyədəki karyerasının necə alınacağını zaman göstərəcək. Ümid edirəm ki, “Konyaspor”dakı karyerası da yaxşı alınacaq. Yayda isə "Dinamo"ya geri dönərək əsas heyətdə oynayacaq".
Mirbağırağa