Belçika mətbuatı Konfrans Liqasının pley-off mərhələsində "Gent"in rəqibi olan "Qarabağ"ı müzakirə edərkən Ağdam klubunun güclü və zəif tərəflərini qeyd ediblər.
Sportal.az xəbər verir ki, "Voetbalprimeur" portalı Ağdam klubunun hücumçuları - Musa Qurbanlı və Ramil Şeydayev barədə yazıb:
"Qarabağ"ın ilk üstünlüyü onun coğrafi mövqeyidir. 3500 kilometrdən çox uçuş və üç saatlıq vaxt fərqi "Gent" üçün üstünlükdür. Əlbəttə ki, bu, hər iki tərəf üçün işləyir. Amma təcrübə göstərir ki, Qərbi Avropa komandaları bundan daha çox əziyyət çəkirlər. Azərbaycanda yaxşı çıxış etmək, başladığımız işi evdə başa çatdırmaq deyəsən, "Gent"in indiki şüarıdır.
Bundan əlavə, Hayn Vanhazebruk "Qarabağ"dan iki nəfəri qeyd edib: Musa Qurbanlı və Ramil Şeydayev. Müvafiq olaraq 16 və 15 liqa qolu olan bu hücumçu dueti çempionatda qollarının yarısından çoxunu vurublar. Onlara mütləq diqqət etmək lazımdır.
"Qarabağ"ın zəif cəhətlərə gəlincə, "Gent"in üstünlüyü fərdi istedadlarının olmasıdır. Nəhayət, Konfranslar Liqasında "Qarabağ"ın xatirələri pisdir. Keçən il fevral ayında Fransanın "Marsel" komandasına uduzaraq avrokubokla vidalaşmışdılar. "Gent" bu acı təcrübəni onlar üçün yenidən yaşatmalıdır".
Mirbağırağa