Rusiya klubunda çıxış edən qapıçının atası: "Vitalinin Azərbaycanda oynamasına qarşı deyiləm"

15:28 - 16 Fevral 2023

"Ximki"nin qolkiperi Vitali Qudiyevin karyerasını Azərbaycanda davam etdirə bilmək ehtimalının olması barədə xəbər vermişdik.

Sportal.az saytına açıqlama verən Qudiyevin atası, Azərbaycan millisinin veteran qolkiperi Kazimir Qudiyev məsələ haqda danışıb. O, oğluna Azərbaycan klublarından dəvət gəldiyini, Vitalinin Premyer Liqamızda oynamasına qarşı olmadığını bildirib:

"Bəli, bir neçə klubdan təklif almışıq. Onlar arasında Azərbaycan, Rusiya klubları da var. Mən Vitalinin Azərbaycanda oynamasına qarşı deyiləm. Vitali ilə danışdım və ona Azərbaycan klubundan təklif olduğunu bildirdim. Amma burada adını çəkməyəcəm, doğru olmazdı. Əslində, Vitali də buna qarşı deyil. Amma hazırda onun "Ximki" ilə müqaviləsi var və bütün fikrini bu komandadakı çıxışına yönəldib. Müqavilə bitdikdən sonra isə necə olacağını görəcəyik. Bu yaxınlarda "Legiya"dan da dəvət olmuşdu. Amma indi bu məsələ aktual deyil. Oğlum yayda gələcəklə bağlı qərarını verəcək. Hazırda bütün diqqətini "Ximki"nin uğurlarına yönəldib".

Mirbağırağa

Xəbər xətti