Belçika mətbuatı “Gent”in Bakıda Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”a məğlubiyyətindən yazıb.
Sportal.az xəbər verir ki, “De Standaard” portalı “Gent”in Ağdam klubuna evdə qalib gəlməsinin çətin olduğunu qeyd edib:
"Gent” çox soyuq olan Bakıda 80 dəqiqə tab gətirdi. Fasilədən sonra Davi Rufu penaltini dəf edə bildi, amma sonradan qol buraxdı. Gift Ortab hesabı bərabərləşdirməyə çalışsa da, sonda “Gent” bu mövsüm evdə heç vaxt uduzmayan meydan sahiblərinin üstünlüyünün şahidi oldu. “Gent” hələ də mübarizədədir. Amma onlar başa düşürlər ki, gələn həftə “Qarabağ”a qalib gəlmək çox çətin olacaq".
Mirbağırağa