"Qarabağ"ın "Gent" üzərindəki qələbəsi ədalətli idi. Çünki təmsilçimiz öz oyunu ilə qələbəni haqq edirdi".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azər Məmmədov deyib.
"Qarabağ"ın veteran kapitanı Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsinin "Gent" üzərindəki qələbəsni şərh edib. O, Ramil Şeydayevin penaltidən fərqlənə bilməməsi və Belçikadakı səfər görüşü barədə də fikirlərini bildirib:
"Penalti rahat qol vurmaq üçün fürsətdir. Amma belə oyunlarda məsuliyyət olur deyə, penalti elə də rahat gəlmir. Ramil penaltini həmişə qapıçını aldadaraq, yaxşı vurub. Bəzən isə belə də alınır, futboldur. Qələbənin özü önəmli idi. Əsas bu idi, onu da "Qarabağ" qazandı. Məcnə, "Qarabağ" Belçikada daha rahat və yaxşı oynayacaq".
Məmmədov "Gent"lə görüşdə bütün futbolçuların yaxşı oynadığı bildirsə də, iki nəfəri xüsusi qiymətləndirdi: "Qarabağ"ın bütün futbolçuları yaxşı oynadı, istəkli idilər. Amma iki futbolçunun istəyinin çox olduğunu gördüm. Elvin Cəfərquliyevlə Julio Romaonu fərqləndirmək istəyərdim".
Sonda isə "Qarabağ"ın sabiq müdafiəçisi qapıda son görüşlərdə meydana çıxmış Amin Ramazanov deyil, Luka Quqeşaşvilinin dayanmasına belə münasibət bildirib: "Luka Quqeşaşvili seçimi düzgün idi. Çünki "Gent"lə matç Azərbaycan çempionatının oyunundan daha dinamik və məsuliyyətli idi. Bu cür matçlarda isə təcrübə daha çox önəmlidir. Onun üçün məşqçilər korpusunun düzgün qərar verdiyini düşünürəm"
Mirbağırağa