Premyer Liqanın 23-cü turunun "Şamaxı"nı qəbul edən “Kəpəz” rəqibinə 3:2 qalib gəlib.
Sportal.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Kəpəz"in qalib gəlməsinə baxmayaraq, oyunun gedişində tribunadakı azarkeşlər arasında fikir ayrılığı yaranıb.
Belə ki, matçın gedişində "Kəpəz" azarkeşləri arasında Tərlan Əhmədovu istefaya səsləyənlər də olub, ona dəstək nümayiş etdirənlər də.
Xatırladaq ki, ötən tur "Turan Tovuz" - "Kəpəz" matçında Gəncə klubunun azarkeşləri Tərlan Əhmədovu istefaya səsləmişdi.