Belçika mətbuatında "Gent"in (1:0) Bakıda Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə "Qarabağ"a məğlubiyyəti şərh edilib.
Sportal.az xəbər verir ki, "La Libre" Ağdam klubunun qələbəsi haqda bunları yazıb:
"Elə məğlubiyyətlər var ki, təbiidir. "Gent"in "Qarabağ"a məğlubiyyəti bunlardan biridir və heç bir mübahisə doğurmur. Çünki azərbaycanlılar bu oyunda daha yaxşı idilər. Lakin onlar yalnız bir qol vura bildilər. Bu da Hayn Vanhazebrukun komandasının gələn cümə axşamı “Gelamko Arena”da keçiriləcək cavab matçından əvvəl ümidini saxlayıb. "Gent" Davi Rufuya borclu idi. 29 yaşlı qolkiper çox etibarlı oyun keçirdi. O, bir neçə həlledici seyvlərin müəllifi idi. Üstəlik, o, penaltini dəf edə bilmişdi. Qapıçını günahlandıra biləcəyimiz yeganə şey odur ki, topu oyuna uğurlu daxil edə bilmədi və bu, sonda Leandro Andradenin qoluna səbəb oldu. Ümumilikdə isə "Gent" təhlükəli deyildi. Bu komanda heç bir təhlükə yarada bilmədi".
Mirbağırağa