"Sabah"la oyuna yaxşı hazırlaşmışıq. Meydanda hər iki tərəf bərabər olur. Çünki oyun zamanı meydanda 11 futbolçu oynayır. Hər iki komanda da matçı qazanmaq üçün eyni məqsədə malikdir".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un legioneri Natan Oduva deyib.
Bölgə klubunun aparıcı üzvü bu gün Misli Premyer Liqasının 23-cü turunun "Sabah"la görüşü barədə danışıb. Oduvanın fikrincə, Masazırda keçiriləcək oyunda səhv etməməlidirlər:
"Birinci dövrədə "Sabah"a qarşı səfərdəki görüşü yaxşı xatırlayıram. Yaxşı oyun alınmışdı, sadəcə kiçik səhvlərə yol vermişdik. Hansı ki, bu cür səhvləri ən güclü komandalar cəzalandırır. Bu dəfəki oyuna da ciddi hazırlaşmışıq. Açığı, indi turnir cədvəli barədə düşünmürük. Yalnız hər növbəti oyunu fikirləşirik".
Mirbağırağa