"Avrokuboklara çempionatdan vəsiqə qazanmaq istəyirik, diqqətimizi buna yönəltmişik"

14:19 - 19 Fevral 2023

"Sumqayıt"a qarşı asan oyun olmadı. İlk hissə düşündüyümüz qədər yaxşı alınmadı. Ancaq əsas olan qələbədir, biz də onu əldə etdik. Biz altı tur idi qələbəsiz qalmışdıq. Çox xal itirdik. Halbuki yaxşı oynayırdıq, xallar itirməməliydik. Əslində, qələbəyə layiq olurduq. Amma futboldur da, bəzən belə də alınır".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin legioneri Felipe Santos deyib.

Bölgə klubunun legioneri Premyer Liqanın 23-cü turunun "Sumqayıt"la (2:1) görüşünü şərh edib. Bununla yanaşı, Felipe komandasının avrokuboklara yollanmaq ehtimalını dəyərləndirib:

"Çətin olacaq. Biz turnir cədvəlinə baxa bilmərik. Öz tempimizi təyin etməli və xal itirməməliyik. Tək istədiyimiz qələbədir. Avrokuboklara çempionatdan vəsiqə qazanmaq istəyirik, diqqətimizi buna yönəltmişik. Ona görə də, kubok matçlarına daha sakit və təzyiqsiz çıxacağıq".

Mirbağırağa

Xəbər xətti