Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” fevralın 25-də Türkiyədə baş verən zəlzələ nəticəsində yaranan fasilədən sonra Super Liqada ilk oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Emrelinin komandası “Fənərbaxça” ilə üz-üzə gələcək. Millimizin forvardı İstanbul nəhəngi ilə görüşdə meydana çıxa bilməyəcək.
Məsələ burasındadır ki, “Fənərbaxça”ya qarşı görüş fevralın 6-da baş tutmalı idi. Ancaq baş verən faciəyə görə təxirə salınmışdı.
Bu tarixdən sonra isə klublar heyətinə bir neçə futbolçu cəlb edib. Fevralın 6-dan sonra qeydiyyatdan keçmiş yeni transferlərin heç biri bu oyunda meydana çıxa bilməyəcək. Qarşıdakı turda isə Mahir oynayacaq.
Azərbaycan millisinin 25 yaşlı hücumçunun komandası sabah “Afyonspor”la yoldaşlıq oyunu keçirəcək.