Tanınmış klub skautlarını "Qarabağ"ın müdafiəçisi üçün Gentə göndərir

11:26 - 23 Fevral 2023

"Qarabağ" və Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev "Anderlext"in maraq dairəsinə düşüb.

Sportal.az "VoetbalNieuws.be" portalına istinadən xəbər verir ki, tanınmış klub Cəfərquliyevi canlı izləmək üçün skautlarını bu gün Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Gent" - "Qarabağ" oyununa göndərəcək.

Belçika mətbuatının iddiasına görə, "Anderlext"in skautları məhz bu görüşdə 23 yaşlı müdafiəçini tribunadan canlı izləyib, onunla bağlı yekun qərar verəcəklər.

"Gent" - "Qarabağ" görüşü bu gün "Gelamko Arena"da Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Xəbər xətti