Belçika klubunun futbolçusu "Gent" - "Qarabağ" matçı barədə: "Hər şey mümkündür"

15:13 - 23 Fevral 2023

"Qarabağ"ın Bakıda "Gent"i məğlub etməsinə təəccüblənmədim. Onlarla oynamaq üçün Azərbaycana getmək həmişə çətindir. Yol məsələsi var. "Qarabağ" "Gent"ə qarşı həqiqətən yaxşı futbol nümayiş etdirdi. Hər halda, onların qol şansları daha çox idi. Diqtə edən tərəf "Qarabağ" oldu. Bu mənada, Bakıdakı görüşdə qələbə layiq olan tərəf qalib gəldi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Nikolas Raysel deyib. Azərbaycanda "Qəbələ" və "Səbail" formaları geyinmiş 29 yaşlı fransalı vinger hazırda Belçikada "Dender" üçün mübarizə aparır. Əvvəllər də "Union", "Oesstende", "Rozelar"da oynayan və Belçika futboluna yaxından bələd olan Raysel bu gün "Gent" – "Qarabağ" arasında keçiriləcək Konfrans Liqasının cavab qarşılaşması haqda fikirlərini bildirib.

O, Ağdam klubunu daha şanslı hesab edib: "Düzünü desəm, bir neçə gün əvvəl bu haqda komanda yoldaşlarımla danışırdım, mənə görə bir-iki mövsüm əvvəl "Qarabağ" daha yaxşı komandaya sahib idi. Amma hər halda, Qurban Qurbanov uzun müddətdir ki, komandaya rəhbərlik edir. O, öz oyunçularını çox yaxşı tanıyır və bütün oyunçular da necə oynamaq lazım gəldiyini bilir. Qurban Qurbanov orada mükəmməl idarəçiliyə sahibdir. Bu, onların uğurlu nəticələr qazanmasına kömək edir.

Cavab qarşılaşmasına gəldikdə, xoşbəxtlikdən "Gent" səfərdə cəmi bir qol buraxaq 0:1 uduzub. Ona görə də, bugünkü görüşdə hər şey mümkündür. Amma məncə, "Qarabağ"ın növbəti mərhələ şansı daha yüksəkdir. Çünki onlar bunu etmək üçün keyfiyyətə və səviyyəyə malikdir".

Mirbağırağa

 

Xəbər xətti