Belçika mətbuatı "Gent"in Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"a qarşı keçirəcəyi cavab oyununa toxunub.
Sportal.az xəbər verir ki, "Het Nieuwsblad" portalı "Qarabağ"ın qorxulu rəqib olmadığını yazıb:
"Anderlext" və "Gent" avrokuboklarda mübarizəni hələ davam etdirir. Onların hər ikisi müvafiq olaraq "Ludoqorets" və "Qarabağ"a 0:1 hesabı ilə uduzsalar da, vəziyyəti hələ də düzəldə bilərlər. Həm Bolqarıstan, həm də Azərbaycan çempionu əlbəttə ki, yaxşı rəqibdir, lakin qorxulu deyil.
Artıq avrokuboklarda səfər qolları üstünlük hesab edilmədiyindən, daha aqressiv oynamaq olar. Əlavə vaxt və ya penaltilər seriyası hesabına mərhələni adlamaq mümkündür. Hər halda, Avropa arenasındakı uğur "Anderlext" və "Gent"in mövsümünə əlavə parıltı qatacaq. "Gent" ötən mövsümdəkindən pis çıxış etmək istəmir. Onlar ötən mövsüm yalnız Konfrans Liqasının 1/8 finalında uduzmuşdular".
Mirbağırağa