Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqası XXIII turunun “Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz” klubunun topdaşıyanları topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarına görə kluba xəbərdarlıq edilsin
XXIII turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin
“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyinə görə klub 4000 manat cərimə edilsin
“Neftçi” – “Səbail” oyunundan əvvəl meydançanın vaxtında sulanmamasına görə meydan sahibi kluba xəbərdarlıq edilsin
XXIII turunun “Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin
“Sabah” klubunun texniki zonasından meydançaya kənar əşyanın atılmasına görə klub 1600 manat cərimə edilsin
“Sabah” klubunun baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozaraq hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın, klub 1600 manat cərimə edilsin.
saytlarin hazirlanmasi