"Zirə" Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra paytaxt təmsilçisinin kapitanı Qismət ALıyev jurnalistlərin suallarını cavablandırıb. Sportal.az 26 yaşlı yarımmüdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:
- Oyuna yaxşı hazırlaşmışdıq, tam istədiyimiz kimi başladıq. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacayıq. "Kəpəz" və "Sabah" üzərində yaxşı qələbələri vardı. Bizim üçün bu oyun çox önəmli idi. İstədiyimiz nəticəni əldə etdik.
- "Zirə"nin qeyri-stabil oyunlarını nə ilə əlaqələndirirsən?
- "Səbail"lə matçı nəzərə almasaq, qalan görüşlərdə yaxşı oynayırdıq, amma nəticə əldə edə bilmirdik. Bu gün də yaxşı oyunlarımızdan birini keçirib vacib qələbəni qazandıq.
- Birinci qol vurulana qədər hiss olunurdu ki, həyacan var. Çətin deyildi?
- Bilirik ki, Premer Liqada oyunlarına ən çox azarkeş gələn komandadır "Turan Tovuz"dur. İlk matça nisbətən bu dəfə daha çox idi azarkeş. Ola bilər ilk 5-10 dəqiqədə futbolçularda həyacan var idi. Sonra vacib 2 qol vurub rahatladıq, qələbəni qazandıq.
- Bölgədə oynamaq maraqlıdır?
- Burada, Gəncədə və digər bölgələrdə oynamağın bizim üçün də, legioenerlər üçün böyük faydası var. Legionerlər də görürlər ki, çempionat ancaq Bakıdan ibarət deyil.
- "Turan Tovuz"u məğlub etməklə demək olar ki, avrokuboklara vəsiqə qazanmaq mübarizəsində rəqiblərinizdən birini sıradan çıxardınız?
- Qarşıda bizim "Şamaxı" ilə evdə və "Kəpəz"lə səfərdə çətin matçlar gözləyir. Daha sonra "Sabah"la oyunumuz var. Düşünürəm ki, bu üç qarşılaşmadan qələbə ilə ayrılsaq, yolumuza davam edərik.
Elçin Əlixan
saytlarin hazirlanmasi