"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 24-cü turunun "Səbail"lə (2:2) görüşündən sonra instaqram hesabındakı paylaşımı ilə diqqət çəkmişdi (https://cdn.crox.az/news/151221).
Sportal.az xəbər verir ki, Baxşıyev hekayə bölümündə "Səbail"lə görüşdəki mübahisəli epizodun videosunu yerləşdirərək "biabırçı hakim səhvləri davam edir" yazısını yazmışdı.
Bununla bağlı "Qəbələ" klubundan reaksiya gəlib. Belə ki, bölgə klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımızın əməkdaşı ilə söhbətində həmin profilin Baxşıyevə aid olmadığını bildirib.
Qeyd edək ki, həmin profil artıq silinib.