"Qəbələ" ilə oyun çox maraqlı alındı. Əslində, pis oynamadıq. Qələbəni "qoparmaq" üçün müəyyən anlarımız var idi. Bizim üçün indi hər xal qızıla bərabərdir. Dünən geridə qaldı və biz işləməyə davam edirik. Bəli, hesabda öndə idik, amma nəticə 2:2 başa çatdı. Futbolda bu cür hadisələr baş verir. Hər halda, biz qol buraxdıqdan sonra da müdafiəyə çəkilib, heç-heçəyə oynamadıq. Qələbə qazanmaq istəyirdik. Sadəcə matç heç-heçə başa çatdı".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in legioneri Maksim Çex deyib. Paytaxt klubunun ukraynalı yarımmüdafiəçisi komandanın aşağı pillələrdə olmasının onlarda təzyiq yaratdığını bildirib: "Təbii ki, təzyiq var. Amma biz turnir cədvəlindəki digər komandalara çox da fikir vermirik. Yalnız öz oyunumuza fikir veririk. Məncə, son matçlarda çox yaxşı futbol oynayırıq. Hansı ki, əvvəl belə deyildi. Fikrimcə, biz doğru yoldayıq".
Sonda isə Çex Azərbaycan Premyer Liqasında çıxış edən və Ukraynadan olan futbolçularla görüşüb-görüşmədiyini, ölkələrinə kömək edib-etmədiklərini bildirib: "Azərbaycanda oynayan, Ukraynadan olan legionerlərlə bəzən görüşürük. Kim necə bacarırsa, Ukraynaya maddi sarıdan yardım edir, ".
Mirbağırağa