Yaponiyanın “Şonan Belmare” klubunun futbolçusu Tarık Elyunissi Sportal.az saytına açıqlama verib.
“Qarabağ”ın sabiq futbolçusu Ağdam klubununu avrokuboklardakı çıxışını dayandırmasını şərh edib. Norveçli üçün “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent”ə uduzmasının sürpriz olduğunu bildirib:
“Qarabağ” Bakıda layiqli futbol oynayaraq rəqibinə qalib gəlmişdi. Məncə, Belçikaya da inamlı getmişdilər. Onların “Gent”ə məğlub olması mənim üçün sürpriz oldu. Amma “Gent” də pis komanda deyil. Hər halda, onlar da avrokuboklardadır. Bu turnirdə isə pis komanda olmur. “Qarabağ” rəqibinə penaltilər seriyasında məğlub uduzdu. Penaltilər isə 50/50-dir. “Qarabağ”a uğurlar arzu edirəm və ümid edirəm ki, yeni mövsüm istədikləri nəticələri qazanacaqlar”.
Tarık Elyunissi 2017/2018 mövsümündə “Qarabağ”da oynamışdı. Həmin vaxtı futbolçu “Olimpiakos”dan icarəyə götürülmüşdü.
Mirbağırağa