“Qarabağ” və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev müalicəsini başa vurub.
Sportal.az xəbər verir ki, qolkiper artıq fərdi məşqlərə də başlayıb.
O, bərpa məşqlərini keçməkdədir.
"Qarabağ"ın qış hazırlıq dövründə, daha dəqiq desək yanvarın ortasında qolu sınan Məhəmmədəliyev əməliyyat edilmişdi. Onun iki aya yaşıl meydanlara qayıdacağı bildirilirdi.
Məlumata görə, Şahruddin minimum üç həftədən sonra kollektivlə məşqlərini bərpa edəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi