Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" və "Sabah" klublarının "Ximki"nin qolkiperi Vitali Qudiyevlə maraqlanması barədə öncədən xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, 27 yaşlı qolkiperin məxsus olduğu Rusiya klubu ona indidən müqavilə müddətini artırmağı təklifi edib.
Mənbənin verdiyi məlumata görə, Qudiyev ilk təklifi geri çevirib. Buna səbəb isə, "Ximki"nin Premyer Liqada qalıb-qalmayacağının hələ ki, bəlli olmamasıdır. Bununla yanaşı, Qudiyevin xidmətində Azərbaycanla yanaşı bir neçə ölkə klubları da maraqlıdır. Ona görə də, o, "Ximki" ilə müqavilə müddətini uzatmağa tələsmir. Adıçəkilən klub Rusiya Premyer Liqasında 17 turdan sonra 16 klub arasında 15-cidir.
"Alaniya" yetirməsi olan Vitali “Axmat”da oynadıqdan sonra 2022-ci il iyunun 10-da “Ximki” ilə müqavilə imzalamışdı.
Qeyd edək ki, Vitali Azərbaycan millisinin sabiq qapıçısı Kazimir Qudiyevin oğludur.