Türkiyənin ikinci liqasında yarışan "Karacabey Belediyyespor"un baş məşqçisi, "Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak bu yaxınlarda Türkiyədə baş vermiş zəlzələdən sonra Ağdam klubunun formasını satışa çıxarmışdı.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis "Qarabağ"ın heyətində ölkə kubokunu qazandığı vaxtdakı formanı 1000 dollara sataraq həmin pulu Türkiyədəki zəlzələdən əziyyət çəkmiş insanlara göndərmək istəyirdi. Saytımıza açıqlama verən Ak forma üçün yetərli diqqət olmadığını və sata bilmədiyini bildirib:
"Xeyr, təəssüflər olsun ki, heç bir səs-səda yoxdur. Məncə, yetərli qədər maraq göstərmədilər. Düzü, mən artıq çox önəm vermirəm bu məsələyə. Onsuzda, yardım edə bilən hər kəs edib. Allah hamıdan razı olsun. Mənim məqsədim "Qarabağ" formasına dəyər qazandırmaq idi. Satılıb-satılmaması o qədər önəmli deyil. Təbii ki, Türkiyədə ən aşağı liqadakı komandanın forması belə, daha yaxşı rəqəmlərə satıldı. Ancaq nəyə görə, maraq olmadı, anlamadım. Heç nə olmaz".
Mirbağırağa