Azərbaycanın ən stabil klubları açıqlandı

12:54 - 1 Mart 2023

Beynbəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın 75 ölkəsinin çempionatlarında son 5 ildə heyəti ən stabil olan klubların siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, siyahıda Azərbaycan klublarına da yer ayrılıb.

 

Ölkəmizin ən stabil klubu "Qarabağ"dır. Ağdam təmsilçisi geridə qalan 5 ildə 67 futbolçunun xidmətindən yararlanıb. İkinci pillədə olan "Qəbələ" 74 oyunçunun xidmətinə ehtiyac duyub. "Neftçi" isə bu müddət ərzində 87 futbolçudan istifadə edib.

 

"Sabah", "Turan Tovuz" və "Kəpəz" Premyer Liqada 5 ili tamamlamadığı üçün onlara siyahıda yer verilməyib.

 

1. "Qarabağ" - 67 futbolçu
2. "Qəbələ" - 74
3. "Neftçi" - 87
4. "Sumqayıt" - 88
5. "Səbail" - 102
6. "Zirə" - 104
7. "Şamaxı" - 107

Xəbər xətti