Qış "transfer pəncərəsi" zamanı Yaponiyanın ikinci liqa təmsilçisi "Cef Yunayted İtixara Tiba" klubundan icarə əsasında "Neftçi"yə keçən Mateus Saldanya Bakı təmsilçisinin aparıcı üzvünə çevrilə bilib.
Sportal.az saytına "Neftçi"nin forvardı ilə bağlı maraqlı məlumat daxil olub. Belə ki, saytımıza verilən məlumata görə, braziliyalı hücumçu Bakı klubundan əvvəl "Qarabağ"a təklif edilib. Amma Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 23 yaşlı futbolçunu bəyənməyib. Məhz bundan sonra adıçəkilən futbolçu "Neftçi"yə təklif olunub. "Ağ-qaralar" onun xidmətində maraqlı olduğundan danışıq aparılıb və braziliyalı Yaponiya klubundan icarəyə götürülüb.
Xatırladaq ki, Saldanya 2023-cü il dekabrın 12-nə qədər “Neftçi”yə icarəyə verilib. Onun “Cef Yunayted Tiba” ilə müqaviləsi isə 2024-cü il yanvarın 31-də başa çatacaq.