"Neftçi" yayda bəzi futbolçuların xidmətindən imtina etməyi planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, paytaxt klubu mövsümün sonunda Yeqor Boqomolski ilə yollarını ayırmaq istəyir.
Bakı təmsilçisi ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər olan belaruslu forvard komandaya gələndən bu yana özünü təsdiq edə bilməyib. Mövsümün əvvəlində "Minsk"dən "Neftçi"yə transfer olmuş Yeqorla yolları ayırmaq mümkün olmasa, onun icarəyə göndərilməsi də gündəmə gələcək.
2000-ci il təvəllüdlü forvard “Dinamo”(Minsk) yetirməsidir. O, “Rux” və “Minsk” klublarında oynayıb.