Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Yerli həmkarlarımızın yazdığına görə, “Antalyaspor” 22 yaşlı müdafiəçiyə maraq göstərir. Superliqa təmsilçisinin millimizin 22 yaşlı üzvünə təklif göndərdiyi iddia olunur.
"Antalyaspor"un baş məşqçisi Nuri Şahinin şəxsən Elvninin keçidində maraqlı olduğu deyilir. Belçika mətbuatı da onunla bağlı daha bir iddia yayıb. Bildirilib ki, "Anderlext" yayda bir neçə mövqeyə lazımı transferlər etməyi planlaşdırır.
Klubun maraqlandığı futbolçular sırasında millimizin üzvü də var. Brüssel təmsilçisinin idman direktoru Jesper Fredberq 22 yaşlı müdafiəçininin daha yaxından izlənilməsi üçün "Qarabağ"ın Konfrans Liqasında "Gent"ə qarşı cavab matçına skaut göndərib.
Elvin Cəfərquliyevin Ağdam təmsilçisi ilə mövcud müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. O, bu mövsüm meydana çıxdığı 32 oyunda 2 qol vurub, 6 qolun ötürməsini verib. “Köhlən atlılar” həm Antalya, həm də Brüssel klublarına öz mövqeyini çatdırıb.
Menecerlər vasitəsilə hər iki tərəfə bilidirilib ki, cinah oyunçusunu satmağa hazırlaşmırlar və ona görə təklif olunacaq istənilən məbləği qəbul etməyəcəklər.
sportinfo.az