- "Sabah"la oyundan sonra "Zirə" matçına da yaxşı hazırlaşmışdıq. Çalışırdıq ki, azarkeşlərimizi sevindirək. Eyni zamanda xallarımızın üzərinə xal əlavə edək. Rəqibi də analiz etmişdik. Əfsuslar olsun ki, istəmədiyimiz vəziyyətlərdən qollar buraxdıq. Sonradan toparlanmağa çalışdıq. Şanslarımız da var idi. Dəyərləndirə bilmədik deyə, uduzduq.
- Bu mövsüm "Zirə" ilə üç dəfə qarşılaşmısınız və hər üç matçda da məğlub olmusunuz. Bu komanda sizin üçün məğlubedilməz rəqibdir?
- "Zirə" əvvəlki oyunlarda layiqli qələbə qazanmışdı. Bəlkə də, əvvəlki oyunlardakı kimi daha yaxşı çıxış etmədilər. Ancaq epizodlardan maksimum yararlandı. Bununla yanaşı, hesabı da qoruyub-saxlaya bildilər. Hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı.
- Qarşımıza sırf olaraq məqsəd qoyulmayıb ki, 5-ci və ya 4-cü yer tutulmalıdır. Biz də istəyərik ki, 4-cü və 5-ci pillədən çox uzaqlaşmayaq. Hər oyunda xallar qazanmağa çalışırıq. Mövsümün sonunda hər şey bilinəcək.
- "Neftçi" ilə görüşdə vərəqə cəzalısı olduğuna görə oynamayacaqsan. "Zirə" ilə görüşdə daha diqqətli oynayıb, bu matçda komandanı tək qoymaya bilərdin...
- "Zirə" ilə görüşdən qabaq da bilirdim ki, "Neftçi"yə qarşı ağır olacaq, vərəqə limitini doldurmamalıyam. Özü də, səfərdə oynayacağıq. Həmin epizoda gəlincə, emosional idim, topa bərk şəkildə getsəm də, rəqibə dəyməməyə çalışdım. Ancaq təəssüf ki, son dəqiqələrdə sarı vərəqə ilə cəzalandırıldım. İstəməzdim ki, belə olsun. Əsas odur ki, komandamız "Neftçi" ilə oyuna yaxşı hazırlaşsın və yaxşı nəticə qazansın.
- "Neftçi” “Qarabağ”a qarşı pis oynamadı. Son 5 oyundur ki, onlar uduzmur. Səncə, səfərdə “Neftçi”dən xal almaq və ya onları məğlub etmək mümkün olacaq?
- Düzdür, duman idi deyə, "Qarabağ" - "Neftçi" oyunununda hər şeyi görmək çox da mümkün deyildi. Amma "Neftçi"nin digər oyunlarına da baxmışıq, analiz etmişik. Çox yaxşı komandaya qarşı oynayacağıq. "Neftçi" də 5 oyundur ki, uduzmur. Maksimumu edəcəyik ki, xal və ya xallar qazanaq.
- “Neftçi” ölkə kubokunun yarımfinalındakı rəqibinizdir. Yarımfinal matçından əvvəl hər iki komandanın bir-birini daha da yaxşı tanıması üçün əlverişli görüşdür?
- "Neftçi"nin hər oyununa baxırıq. Rəqibin necə yaxşı futbolçuları olduğunu da bilirik. Amma indi kubok matçını düşünmürük. Çempionat oyunlarında bacardıqca çox xal yığıb yuxarı pillələrə qalxmaq istəyirik. Ən azından hazırkı mövqeyimizi saxlamağa çalışırıq.
- Yeni sponsorun gəlişi həqiqətən deyildiyi kimi, futbolçularda motivasiyanı daha da artırıb? İndi maddi durumunuz daha da yaxşıdır, yoxsa əvvəl də pis deyildi?
- Yeni sponsorun gəlişi yaxşıdır. Amma düşünmürəm ki, sponsor gəldi deyə, futbolçular oynayır. Yaxud da, sponsor yoxdursa, futbolçu oynamır? Belə deyil. Çempionatın əvvəlində də sponsor yox idi. Amma hamı canla-başla oynayırdı, biz yenə də əlimizdən gələni edirdik. Əlbəttə ki, sponsorun gəlişi əlavə motivasiyadır. Əvvəl də vəziyyətimiz pis deyildi. Vaxtı-vaxtında maaşlarımızı alırdıq, hər şey qaydasında idi. Sponsorun gəlişi büdcənin artması deməkdir. Futbolçular ilk gündən necə çıxış edirdisə, indi də komandaya xeyir verməyə çalışır.
Mirbağırağa