“Neftçi”nin belaruslu hücumçusu Yeqor Boqomolski ilə mövsüm sonunda yollarını ayırmaq istəməsi haqda xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, 2025-ci il iyunun 30-na qədər “ağ-qaralar”a məxsus belaruslunun müqaviləsinə xitam verilməsi çətin olarsa, onun icarəyə verilməsi də mümkündür. Mənbənin iddiasına görə, 22 yaşlı forvardın xidmətində maraqlı olan Premyer Liqa klubları da var.
Bu klublar arasında "Səbail"in də adı var. Bununla yanaşı, Boqomolski İsrail çempionatında yarışan bir neçə komandanın da maraq dairəsindədir. Onun "Neftçi"də qalıb-qalmayacağına yayda qərar veriləcək.
saytlarin hazirlanmasi