İntizam Komitəsinin növbəti iclası kecirilib.
Sportal.az xəbər verir ki, bu gün baş tutan toplantıda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqasının XXIV turunun “Turan Tovuz” – “Zirə” oyununda “Zirə” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39);
XXIV turun “Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39);
XXIV turun “Şamaxı” – “Sabah” oyunundan sonra “Sabah” klubunun rəsmi şəxsləri ilə oyunun 1-ci köməkçi hakimi arasında mübahisə yaşandığına görə klub 3200 manat cərimə edilsin (maddə 37.1; 37.10)
XXIV turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilsin. (maddə 41.7);
“Neftçi” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyinə görə “Neftçi” klubu 800 manat cərimə edilsin (maddə 51.2);
“Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atılmasına görə “Neftçı” klubu 1600 manat cərimə edilsin (maddə 51.1);
“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi təhqiramiz ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilsin (maddə 41.7);
“Neftçi” klubunun azarkeşlərinin oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödənilsin (maddə 65.2);
“Qarabağ” klubunun qapıçısı Luka Quqeşaşvili azarkeşlərə tərəf kənar əşya atdığına görə oyunçu 3 oyun cəzalandırılsın, klub 2400 manat cərimə edilsin (maddə 37.4); Oyun cəzası şərti olaraq tətbiq edilsin. Şərti cəzaya görə sınaq müddəti 3 (üç) ay müəyyən olunur.
saytlarin hazirlanmasi