"Qarabağ"la oyunun hazırlıqları davam edir. Kollektivdə hər şey yaxşıdır. Bu görüşə hazırlaşırıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin legioneri Ayyub Allaş deyib.
Qış "transfer pəncərəsi" zamanı bölgə klubuna keçən yarımmüdafiəçi Premyer Liqanın 25-ci turunun "Qarabağ"la görüşü barədə danışıb. Belçikalı futbolçu Azərbaycan çempionuna qarşı matçda uğurlu nəticə üçün oynayacaqlarını söyləyib:
"Qələbə qazanmaq üçün həmişə şans var. "Qarabağ"la görüşdə də belə olacaq. Doğrudur, onlar çox yaxşı komandadı. “Qarabağ”ın bir neçə oyununa baxmışam. Həqiqətən də heyətdə güclü futbolçular oynayır. Necə olacağını görəcəyik. Meydanda ən yaxşısı etməyə çalışacağıq".
Xatırladaq ki, "Qəbələ" - "Qarabağ" matçına martın 5-i saat 17:00-da start veriləcək.
Mirbağırağa