"Müharibə başlayan kimi "Rux" klubuna keçdim. Biz birinci liqaya vəsiqə qazanmağı bacardıq. Sonradan isə "Poloniya"(Bıtom) klubu ilə anlaşdım. Azərbaycandan son vaxtlar təklif almamışam. Əgər olsaydı, düşünmək mümkün idi".
Bu sözləri Sportal.az saytına açıqlamasında Polşanın "Poloniya" klubunun müdafiəçisi Ruslan Zubkov deyib.
31 yaşlı müdafiəçi vaxtı ilə Azərbaycanda AZAL, "Araz Naxçıvan", "Turan" klublarının formasını geyinib. O, "Zirə"nin "Dinamo"dan(Kiyev) heyətinə qatdığı Vladislav Kulaç barədə öz fikirlərini bildirib. Onun sözlərinə görə, adıçəkilən futbolçu qəsəbə təmsilçisinə xeyir verəcək:
"Vladislav Kulaçı çox yaxşı tanıyıram. Çox güclü futbolçudur. O, istənilən komandaya məqsədə çatmaq üçün kömək edəcək hücumçudur. Məncə, yeni komandasına xeyir verəcək. Düzü, çoxdandır ki, çempionatınızla maraqlanmıram. Sadəcə onu bilirəm ki, "Qarabağ" və "Neftçi" çempionluq mübarizəsi aparır. Bildiyim yalnız budur".
Mirbağırağa