"Qarabağ"ın hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayevin Misli Premyer Liqasında vurduğu qolların sayı 35-ə çatıb.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVI turun “Səbail”lə matçında baş verib.3:0 hesablı qələbəyə bir topla töhfə verən Musa 18-ci dəfə fərqlənib.
Ramilin aktivində 17 qol var.
Bu, 2008-ci ildən PFL-in bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordudur.
Bunadək həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin üzvləri 2012/13 mövsümündə birlikdə 34 qola sevinmişdi. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapıb.
saytlarin hazirlanmasi