Braziliyalı futbolçu ürəyində olan problemə görə karyerasını bitirdi

13:30 - 18 Mart 2023

Braziliyanın "Qremio" klubunda çıxış edən Lukas Leyva peşəkar karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə özü məlumat verib. Təcrübəli futbolçu ürəyində olan problemə görə karyerasını bitirib.

Lukas Leyva "Qremio"dan başqa "Liverpul" və "Latsio"da da çıxış edib. O, Braziliya millisinin heyətində 22 matçda meydana çıxıb.

Xəbər xətti