"Mançester Siti"nin futbolçusunu PSJ və "Real" transfer etmək istəyir

10:48 - 23 Mart 2023

"Mançester Siti"nin futbolçusu Bernardo Silva İngiltərəni tərk etməyə hazırlaşır. 

Sportal.az "The Times"a istinadən xəbər verir ki, portuqaliyalıya PSJ və "Barselona"dan təklif gəlib.

Amma "şəhərlilər" yarımmüdafiəçinin transferindən minimum 90 milyon avro qazanmaq istəyir. "Real"ın da transfer siyahısında yer alan Bernardonun yeni mövsümə hansı komandada başlayacağı bəlli deyil.

28 yaşlı futbolçunun Mançester klubu ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.

Xəbər xətti