"Qarabağ" "Qalatasaray"la matç üçün "Sabah"dan futbolçu götürəcək?

16:13 - 23 Mart 2023

"Qarabağ" xeyriyyə matçında Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin bir çox futbolçusu milli komandaların düşərgəsindədir. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuata verdiyi açıqlamada digər klublardan oyunçu götürə biləcəklərini demişdi.

Mövzu ilə bağlı "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisi "Qarabağ"dan onlara müraciət edilmədiyini bildirdi: "Bu günə kimi klubumuza hər hansı futbolçu ilə bağlı müraciət daxil olmayıb".

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" matçı 26 mart tarixinda saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.

Elçin Əlixan

Xəbər xətti