"Sumqayıt"ın legioneri Terrens Tisdel Liberiya millisinin heyətində Afrika Millətlər Kubokunun seçmə oyununda iştirak edib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi CAR-a qarşı səfərdə keçirilən və 2:2 hesabı ilə başa çatan görüş haqda bunları yazıb:
"Səfərdə yaxşı nəticə qazanmaq üçün vacib matçda bütün komanda heyrətamiz mübarizə apardı. Dünyanın hər yerindən bizə sona qədər dəstək olan xalqımıza böyük təşəkkür düşür. İndi biz diqqətimizi millətimizin gözlərində sevinci saxlamaq üçün evə dönərkən qazana biləcəyimiz növbəti matçı düşünürük".
Xatırladaq ki, Tisdel CAR-a qarşı görüşə start heyətində meydana çıxıb və 67-ci dəqiqədə komanda yoldaşı ilə əvəzlənmişdi.
Mirbağırağa
saytlarin hazirlanmasi