"Qalatasaray"ın portuqaliyalı ulduzu Azərbaycana təşəkkür etdi

16:24 - 27 Mart 2023

Türkiyənin "Qalatasaray" klubu yoldaşlıq oyununda Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin portuqaliyalı futbolçusu Serjio Oliveyro instaqram hesabında paylaşım edib. 30 yaşlı yarımmüdafiəçi Azərbaycanda yaxşı qarşılandıqlarını bildirib:

"Möhtəşəm oyun oldu. Azərbaycanda bizi əla qarşıladılar. Azarkeşlərimiz hər yerdədirlər və aslan kimi kükrəməyə hazırdırlar. Gəldiyiniz və bizi dəstəklədiyiniz üçün təşəkkürlər".

Qeyd edək ki, Serjio Oliveyra "Qarabağ"la matça start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib.

Xəbər xətti