Utanmazlar - VİDEO

16:27 - 28 Mart 2023

Avro-2024-ün seçmə mərhələsində F qrupunda yer alan Azərbaycan millisi səfərdə İsveçə 0:5 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, "Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərov ağır məğlubiyyəti təhlil edərkən, komandanın məşqçilər və futbolçularını "utanmazlar" adlandırıb.

Tanınmış jurnalist qarşılaşmanı təhlil etməkdən vaz keçdiyini deyərək, "nə oyun var idi ki, təhlilini də aparaq" bildirib.

O, futbolçular və məşqçilər heyətinin ünvanına tənqidi fikirlər səsləndirib.

Xəbər xətti