"Kəpəz" üçün yeni məşq mərkəzi

10:58 - 30 Mart 2023

Misli Premyer Liqasının 28-ci turunda “Səbail”i qəbul edəcək “Kəpəz” hazırlıqlarını davam etdirir.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi bu gün yeni istifadəyə verilən məşq mərkəzinin təbii örtüklü meydançasında ilk hazırlığa çıxıb.

"Kəpəz" - "Səbail" görüşü aprelin 1-də 15:30-da başlanacaq.

 

 

Xəbər xətti