"Kəpəz" evdə məğlub oldu - VİDEO

18:59 - 30 Mart 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XXII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, "Kəpəz-2" doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 27-yə yüksəldən "Qaradağ Lökbatan" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Kəpəz-2" isə 33 xalla 6-cı yerdədir.

"Kəpəz-2" - "Qaradağ Lökbatan" - 0:1
Qol: 
Rəvan Abbasov, 62

Xəbər xətti