Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq. İlk görüş Şamaxıda keçiriləcək. Burada rayonun eyniadlı komandası lider "Qarabağ"ı qəbul edəcək. Oyun saat 15:30-da başlayacaq.
Turun son matçı paytaxtda baş tutacaq. "Sabah" "Bank Respublika Arena"da "Qəbələ"ni qəbul edəcək. Bu qarşılaşma saat 18:00-da start götürəcək.
Azərbaycan Premyer Liqası, XXVIII tur
2 aprel (bazar)
“Şamaxı” – “Qarabağ” 0:1
Qollar: Elvin Cəfərquliyev, 33
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu
“Sabah”– “Qəbələ” 3:2
Qollar: Zurab Oçiqava, 9, Coy Lens Mikel, 86, Aleksey Kaşuk, 90+5 - Ülvi İsgəndərov, 21, Feras Abu Akal, 27
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Bank Respublika Arena”