"Neftçi"yə keçəcəyi gözlənilən həmyerlimiz hazırkı komandasında qalmayacaq

11:17 - 5 Aprel 2023

Rusiyanın "Ximki" klubunun yarımmüdafiəçisi Ayaz Quliyev yayda Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalardan birinə keçə bilər.

Sportal.az xəbər verir ki, Rusiya Premyer Liqasının autsayderləri arasında yer alan "Ximki" bu mövsümün sonunda "elita"nı tərk edəcək iki əsas namizəddən biridir.

Komandası birinci diviziona düşəcəyi təqdirdə, Quliyevin Azərbaycana gəlişi baş tutacaq. Onun Rusiyada qalmaq istəmədiyini iddia edilir.

Xatırladaq ki, yarımmüdafiəçinin adı "Neftçi" ilə hallanır.

Xəbər xətti