Rusiya və İraq milliləri yenidən üz-üzə gələ bilər.
Sportal.az xəbər verir ki, hər iki ölkənin futbol federasiyaları yoldaşlıq oyununun keçirilməsi ilə bağlı ilkin razılıq əldə ediblər.
Görüş sentyabrda İraqın paytaxtı Bağdadda keçiriləcək.
Xatırladaq ki, martın 26-da Rusiya və İraq Sankt-Peterburqda qarşılaşmışdı. Valeri
Karpinin rəhbərlik etdiyi kollektiv 2:0 hesabı ilə qalib gəlmişdi.