Azərbaycan Autizm Assosiasiyası Autizm festivalı çərçivəsində ilk idman tədbirini keçirib.
Sportal.az xəbər verir ki, 8 mərkəzdən 30-a yaxın xüsusi qayğıya ehtiyacı olan uşaqlar stolüstü tennis yarışında bacarığını nümayiş etdirib.
8 -13 yaş qrupunda Talıb Abbasov qalib olub. Murad Əliyev ikinci, Rəsul İsmayılov isə üçüncü yeri tutub.
13 yaşdan yuxarı uşaqların yarışında isə Toğrul Məmmədli birinci olub. Ramiz Səmədli ilə Xaqan Əliyev isə müvafiq olaraq, iki və üçüncü yeri tutub. Onu da qeyd edək ki, 3-4 may tarixində Bakı şəhərində III Autizm festivalı təşkil olunacaq.
Autizmin fərqindəyik, onların yanındayıq!
saytlarin hazirlanmasi