"Ronaldonun transferi Səudiyyə Ərəbistanının imicinə müsbət təsir edir"

14:41 - 7 Aprel 2023

"Əl-Nəsr"in baş direktoru Əhməd Əl-Həmdi klubun Kriştianu Ronaldonu transfer etməsinin Səudiyyə Ərəbistanının imicinə müsbət təsir etdiyini bildirib.

Sportal.az "Sportskeeda"ya istinadən xəbər verir ki, klub rəsmisi portuqaliyalının

"Ronaldo ilə müqavilə imzalanması tarixi anlardır və yaşadığımız böyük intibahın, müdrik rəhbərliyin məhdudiyyətsiz dəstəyinin sübutudur. Həmin transfer hələ də bütün dünyada əks-səda verir. Bu, ölkənin xarici imicinə böyük müsbət təsir göstərir və onun tərəqqisinin miqyasını dünyaya göstərəcək. Ronaldonun "Əl-Nəsr"də uzun illər qalmasına çalışacağıq".

38 yaşlı futbolçu 2023-cü il yanvarın 1-də "Əl-Nəsr"lə müqavilə imzalayıb. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.

 

Xəbər xətti