Azərbaycan millisi İtaliya və Gürcüstana rəqib oldu

16:16 - 7 Aprel 2023

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş minifutbol üzrə beynəlxalq turnirin püşkü atılıb.

Sportal.az xəbər verir ki, bu gün keçirilən püşkatmada 10 komanda iştirak edib.

Turində Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, İtaliya, Çexiya, CAR, Serbiya və Fransa yığmaları mübarizə aparacaq.

Püşkatmada bu komandalar iki qrupa bölünüb.

A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

A qrupu: Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan, İtaliya

B qrupu: Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya, CAR

Turnir mayın 1-dən 6-na qədər davam edəcək və görüşlər Bakı Tennis Akademiyasında keçiriləcək. 

Xəbər xətti