Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün turun daha iki görüşü keçirilib.
Günün ilk matçında "Səbail" öz meydanında "Sabah"ı qəbul edib. Bayıl təmsilçisi rəqibini son dəqiqədə vurduğu qolla məğlub edib. "Neftçi" isə "Sumqayıt"ı səfərdə darmadağın edib.
Azərbaycan Premyer Liqası
XXIX tur
8 aprel (şənbə)
“Səbail” – “Sabah” 2:1
Qollar: David Qomis, 29, Qoba Zakp, 90+5 - Emmanuel Apeh, 75 (pen)
Qırmızı vərəqə: Con İrasabal, 59
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”.
“Sumqayıt” – “Neftçi” 0:4
Qollar: Voyislav Stankoviç, 7, Sezar Meza Kolli 64, İsmayıl Zülfüqarlı 83, Lebon 85
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”.