"Qarabağ" "Kəpəz"ə qalib gəldi, "Turan Tovuz" "Şamaxı" ilə bərabərə qaldı - YENİLƏNİB

20:24 - 9 Aprel 2023

Bu gün Misli Premyer Liqasında XXIX tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə iki matç oynanılıb. 

"Şamaxı" "Turan Tovuz"un qonağı olub. "Səbail"in "Sabah"ı məğlub etməsinin ardından turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan şamaxılılar bu görüşdə qalib gəlməyə çalışıb. Amma matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. 

Turun son oyununda isə "Qarabağ" və "Kəpəz" klubları üz-üzə gəlib. Ağdam təmsilçisi rəqibinə güzəştə getməyib. 

Misli Premyer Liqası

XXIX tur

9 aprel

16:00 "Turan Tovuz" - "Şamaxı" 1:1

Qol: Runi Eva, 2 - Fuad Bayramov, 9

Tovuz şəhər stadionu
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov

"Qarabağ" - "Kəpəz" 3:1 

Qollar: Zubir, 5, Riçard Almeyda 58 (p), Leandro Andrade 67  - Xvalko 28

İstifadə olunmayan penalti: Ayzaya 28

"Azərsun Arena"
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov

Xəbər xətti